Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

Yaralı əsgərin atası Əliyevdən kömək istəyir

Aydın Tarverdiyev: «Oğlum komadadır; onun Türkiyədə müalicəsi üçün yardım edin...»

Bir müddət əvvəl başından yaralanaraq ağır vəziyyətdə hospitala yerləşdirilən Milli Ordunun əsgəri Çingiz Tarverdiyevin atası Aydın Tarverdiyev övladına yardım üçün dövlət başçısı I, Əliyevə müraciət edib. O, sözügedən məktubun surətini “Azadlıq”a da göndərib. Yaralı əsgərin atası yazır:
“Oğlum Çingiz Tarverdiyev 2014-cü ilin yanvarında Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb. Lakin o, 2015-ci ilin 27 yanvar tarixində başından ağır yaralanaraq Gəncə hospitalına aparıldı. Orada əməliyyat olunandan sonra oğlum Bakıya, Papanin hospitalına göndərildi. Oğlumun müalicəsi orada davam etdirildi. Lakin müalicəyə baxmayaraq, oğlumun sol hissəsində qıcolmalar başladı. Oğlum komadadır, vəziyyəti ağırdır. "Dövlət başçısı" kimi sizdən xahiş edirəm, oğlumun müalicəsinin Türkiyədə aparılması üçün göstəriş verəsiniz. Bu, dövlətə xidmət edən bir əsgərin həyatına verilən dəyər olar”.
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP