Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

7 min mühafizəçinin aldadılması işi böyüyür

Azərbaycanda 7 min mühafizəçini aldadaraq pulunu mənimsəyən şirkət rəhbərliyində həbslər davam edir.

“Azər Mühafizə” və “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti ilə bağlı iş böyüyür. Hazırda hər iki şirkətin rəhbər şəxslərinin mənimsədiyi vəsaitlərin ümumi məbləği hesablanır. Mühafizəçilərə veriləcək kompensasiyaların ödənişi məsələsinə istintaqdan sonra aydınlıq gətiriləcək.

“Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi son deyil. Mühafizə şirkətinin digər rayon filialları rəhbərlərinin də həbsi istisna olunmur. “Qala” BTX-nın bölgələrdə vətəndaşlara kələk gələn rəhbərlərinin də məsuliyyətə cəlb olunacağı gözlənilir. Salyan, Şabran, Quba, Tərtər və başqa rayonlarda aldadılan mühafizəçilər etiraza artıq qalxıb.

Qeyd edək ki, bundan əvvəl “Qala-BTX” və "Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib./axar/
1226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP