Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Mövsüm Səmədovla görüşə hələ icazə verilməyib

Penitensiar Xidmət Mövsüm Səmədovla görüşə hələ icazə verməyib - AİP
Ümidvarıq ki, Penitensiar Xidmət Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin həbsdə olan sədri Mövsüm Səmədovla görüşümüzə icazə verəcək. Çünki Penitensiar Xidmət bundan imtina etməyib."

İnterAz-ın verdiyi xəbərə görə, bunu AİP sədrinin müavini Akif Heydərli bildirib.

O deyib ki, Penitensiar Xidmət dəqiqləşdirmə işləri aparır. Görüşün hansı gündə olacağı barədə məlumat veriləcək. Çünki bu görüş bizim üçün çox vacib və əhəmiyyətlidir.

Xatırladaq ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Bu il mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib.

Bakı Apellyasiya Məhkəməsi 2012-ci il mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmünə görə, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Masallı ruhanisi Fəramiz Abbasova 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevə və əmisi oğlu Dəyanət Səmədova 10 il iş verilib.
1964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01