Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

ABŞ və Avropa Birliyinin çevriliş planında 114 nəfər ölüb

"Maydan hadisələri zamanı 114 nəfərdən az olmayaraq insan ölüb, 27 nəfər isə itkin düşüb". Bu barədə hüquq müdafiə təşkilatlarının koalisiyası olan birləşmiş "Azadlığın dəyəri" təşkilatı Kiyevdə keçirilən mətbuat konfransında yaydığı hesabatını ictimailəşdirərkən bəyan edib.

Təşkilat öldürülən insanlardan 94 nəfərinin Maydan fəalları olduğunu bildirib. Minlərlə fəal isə həbs edilərək, işgəncələrə məruz qalıb.

"Azadlığın dəyəri" təşkilatı həmçinin bəyan edib ki, artıq 2015-ci ilin yanvar ayında Maydan hərəkatı zamanı insanlığa qarşı cinayət törədənlərin kimliklərinin müəyyənləşdirilməsi və sistemləşdirilməsi ətrafında da işlər yekunlaşdırılıb və siyahılar Haaqa məhkəməsinin prokuroruna göndərilib.

Bu arada Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko Maydan hərəkatının bir ilinin tamam olması ərəfəsində ölkə vətəndaşlarını diqqətli olmağa və hər hansı bir təxribatın törədiləcəyi barədə əldə etdikləri informasiyaları dərhal müvafiq orqanlara çatdırmağa çağırıb./sia/
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41