Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

Dəməşqlə əlaqələrin bərpasının vaxtı çatıb – Bəzi Avropa dövlətləri

Avropa İttifaqında bir sıra diplomatlar Dəməşqlə əlaqələrin bərpasının və səfirlərin Dəməşqə göndərilməsi vaxtının çatdığını bildiriblər.

Bu barədə İnterAz "Reuters"-ə istinadla məlumat verir.

Bildirilib ki, diplomatlar İttifaqın tərkibində olan İsveç, Danimarka, Rumıniya, Bolqarıstan, Avstriya, və İspaniya Dəməşqlə əlaqələrin bərpasında maraqlıdır və ya bu addımı dəstəkləyir. İttifaqa daxil olmayan İsveçrə və Norveç də bu niyyətdədirlər.

Qeyd edək ki, Suriya münaqişəsi başlanadan sonra Avropa ölkələrinin böyük əksəriyyəti Dəməşqdəki səfirliklərinin işini dayandırıb. İttifaq ölkələrinin yenidən Dəməşqlə əlaqələri bərpa etmək istəyi, Bəşər əsədə qarşı vuruşan radikal və terror qruplaşmalarının günü-gündən artması və güclənməsi ilə əlaqələndirilir.

Bildirək ki, Avropa İttifaqı ölkələrindən Fransa və Britaniya rəsmi Dəməşqə qarşı kəsgin mövqe nümayiş etdirən əsas ölkələrdir.
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP