Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

"İŞİD" məktəblərdə Əbdül-Vəhhabın kitablarının tədris edir

"İŞİD" terror təşkilatı Suriyanın əl-Məyadin şəhərindən başlayaraq, mətkəblərdə tədris mətnlərini dəyişdirib və şagirdlərə vəhhabiliyin banisi sayılan Məhəmməd ibni Əbdül-Vəhhabın kitablarının tədrisinə start verib.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, "İŞİD" yeni tədris materiallarına Məhəmməd ibni Əbdül-Vəhhabın təkfirçi ideyalarla dolu “Tövhid” (Üç Əsasın Şərhi) kitabını əlavə edib.

Digər bir məlumata görə, "İŞİD" bu şəhərdə çalışan müəllimlərdən öz tabeçiliyinə daxil olmaq üçün beyət alıb və bildirib ki, beyət etməyənlər maaşlarını ala bilməyəcəklər.

Qeyd edək ki, "İŞİD" bundan öncə Mosul və ər-Riqqadakı təhsil müəssisələrinin işini, onun tələblərinə cavab vermədiyini görə dayandırmışdı.

Bildirək ki, "İŞİD" terror təşkilatı nəzarətə götürdüyü ərazilərin təqribən hamısında “mədrəsə”lər təsis etməklə, Məhəmməd ibni Əbdül-Vəhhabın sözügedən və digər təkfirçi xarakterli kitablarını tədris edir. Bu metodun məktəblərdə icrasına start verilməsi isə yeni başlanıb.


1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
Go to TOP