Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

Tanınmış ilahiyyatçı Elşən Mustafaoğludan xəbər var

“Elşən Mustafaoğlu ilə bir neçə gün öncə görüşdüm, özünü günahkar bilmir”

İnteraz-ın verdiyi məlumata görə, bu sözləri BMT-nin İşgəncələr Əleyhinə Milli Komitəsinin sədri Elçin Behbudov Elşən Mustafaoğlu ilə bağlı Deyerler.org-un sualını cavablandırarkən qeyd edib.

Komitə sədri onu da qeyd edib ki, E.Mustafoğlu ilə bir neçə dəfə MTN-nin istintaq təcridxanasında görüşüb:

“Sonuncu dəfə bir neçə gün bundan qabaq görüşmüşəm. Saxlanma şəraitindən şikayəti olmadı, ona münasibət normaldır, müstəntiqin işi aparmasından razılığını bildirdi. Dedi ki, mən razıyam, müstəntiq işi düzgün aparır. Ancaq özünü ona qarşı irəli sürülən maddə ilə günahkar bilmir. Mən soruşdum ki, vəkil necə, səni istədiyin kimi müdafiə edirmi? Dedi, vəkilin də işindən razıyam.”
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP