Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Bəşər Əsəddən Kimyəvi silah açıqlaması

Suriya hökumətinin malik olduğu kimyəvi silah arsenalı üsyançıların əlinə düşməmək üçün yaxşı qorunur, zəhərləyici maddələr döyüş üçün yarasız vəziyyətdədir. Bu barədə Suriya prezidenti Bəşər Əsəd "Spiegel" jurnalına müsahibəsində deyib.

"Narahat olmayın anbar çox yaxşı qorunur. Sakit olmağınız üçün daha bir şeyi deyim: orada maddələr hərbi vəziyyətə yararsız halda saxlanılır. O, hərbi istifadə üçün hazırlanmayınca, heç kim ondan istifadə edə bilməz".

Əsəd bu dəfədə avqust ayının 21-də Dəməşq yaxınlığında hakimiyyət qüvvələrinin kimyəvi silahdan istifadəsi ilə bağlı fikirləri təkzib edib. Onun sözlərinə görə, ona qarşı savaşanlarda zəhərli zarin maddəsinə malikdirlər.

"Heç kim deyə dəqiq deyə bilməz ki, hücum zamanı raketlərdən istifadə edilib. Bunun heç bir sübutu yoxdur. Bircə o aydındır ki, zarin qazından istifadə edilib. Bu, bizim raketlərdən birinin terrorçuların mövqelərini vuran zaman ola bilərdi. Və ya onlar maddə ilə işləyərkən səhvə yol veriblər". Əsəd bundan öncə də terrorçuların Alepoda bu maddədən istifadə etdiklərini deyib.

Suriya lideri BMT TŞ-də kimyəvi silahlarla bağlı qəbul edilən qətnaməni "yaxşı" kimi qiymətləndirib. "Orada bizim maraqlarımıza zidd heç bir bənd yoxdur".
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber