Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Misir hökuməti səfiri ölkədən qovdu

İki ölkə arasında diplomatik münasibətlər pik həddə çatıb

Misirlə Türkiyə arasında diplomatik münasibətlər pik həddə çatıb.
Rəsmi Qahirə artıq Türkiyənin ölkədəki səfiri Hüseyin Avni Botsalını "persona non grata" elan edərək Misirdən çıxmağa çağırıb.

Misir Türkiyə ilə diplomatik əlaqələrinin səviyyəsini aşağı salır. Bu bəyanatla Misirin XİN nümayəndəsi çıxış edib.

Türkiyə səfirliyinin verdiyi məlumata görə, isə Misir Türkiyənin bu ölkədəki səfirini persona non qrata elan edib. Səfir Hüseyin Avni Botsalı "arzuolunmaz şəxslər" siyahısına salınıb və ondan dərhal ölkəni tərk etmək tələb edilib.

Buna səbəb isə Türkiyənin ölkənin daxili işlərinə çox müdaxilə etməsi göstərilib. Bu qərarla bağlı olaraq Misirin Ankaradakı səfiri də geri çağrılıb.

Xatırladaq ki, Türkiyənin son zamanlar misirdə yaşanan siyasi proseslərə reaksiyasınına etiraz edən bir qrup misirli şəxs səfir Bostanlının Gizadakı ofisi qarşısında aksiya keçirmişdi.
Nümayişçilər "Misir xalqı türk səfirinin geri göndərilməsini istəyir" və "Türkiyə Misirin daxili işlərinə qarışma" yazılı plakatlar açmışdılar.
1838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:55