Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

NZS-də 28 yaşlı oğlan bıçaqlandı

Gecə saatlarında paytaxtın Xətai rayonu, NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Keşlə qəsəbə sakini 28 yaşlı Elmar Musayev kafelərin birində yeyib içdikdən sonra tanımadığı şəxslə mübahisə etməyə başlayıb. Nəticədə Elmar Musayev hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən iki bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağırdır. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42