Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

Qaxda zəlzələdə evi uçan ailə təhlükə ilə üz üzə qalıb

2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Qax rayonu, Güllük kəndi sakini Ceyhun Abdulrzayev üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı «Azadlıq»a müraciət edib.

Abdulrzayev evlərinə 6 dəfə komissiya tərəfindən baxış keçirilməsinə baxmayaraq hələ də problemin həll olunmadığını deyir: «Həmin evdə iki qardaşım və ailəm birgə yaşayırdıq. Artıq üç ildir evdə yaşamaq mümkün olmadığından çadıra sığınmışıq. Özüm xərcəng xəstəliyinə tutulmuşam».

C.Abdulrzayev ətrafımda qəzalı vəziyyətdə olan bütün evlərin yerinə yenisinin tikildiyini, yalnız onun evinin qaldığını deyir. Dəfələrlə müxtəlif instansiyalara etdiyi şikayətlər də cavabsız qalıb. Şikayətçinin sözlərinə görə, hər dəfə onu «bu dəfə sənin evin də tikiləcək» deyib yola verirlər.

C.Abdulrzayev hazırda qalacaq bir yerinin olmadığını, hər dəfə yağış yağanda evin ortasına qədər suyun yığıldığını deyir: «Qar, yağış yağanda evdən vedrə ilə su daşıyırıq. Vəziyyətimiz çox acınacaqlıdır. İki ailə bir evdə yaşayırıq. Bir ağaca söykənib dayanan ev hər an başımıza uça bilər».
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:08