Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Göyçayda doğuş zamanı ana və körpəsi ölüblər

Azərbaycanda növbəti dəfə doğuş zamanı ana və bətnindəki körpəsi dünyasını dəyişib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından apa-ya verilən məlumata görə, hadisə bu gün saat 19:00 radələrində xəstəxananın doğum şöbəsində baş verib.

Doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı və bətnindəki qız övladı dünyasını dəyişib. Mərhum X. Quliyeva ötən il Qəbələ şəhərindən Göyçay rayonuna gəlin köçüb və bu, ilk doğuşu olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində gedib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
2486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP