Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

PKK şüarlarını silmək istəyən gənc öldürüldü

Türkiyənin Egey Universitetində iki gündür ki, terrorist qrupla milliyyətçi tələbə qrupu arasında gərginlik yaşanır.

Dünən axşam saatlarında gərginlik böyüyərək kütləvi davaya çevrilib. Təxminən 300 nəfərin qarışdığı davada bıçaq, zopa və daşdan istifadə edilib.

Davada iki tələbə bıçaqla ağır yara alıb, çoxlu tələbə yüngül şəkildə yaralanıb. PKK yandaşlarının hücumu nəticəsində arteriyaları kəsilən “Ülkü Ocaqları” başqanı Fırat Çakıroğlu Egey Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Xəstəxanada göstərilən bütün yardımlara rəğmən, gənc tələbə xilas edilə bilməyərək həlak olub.

Dostlarının öldüyünü öyrənən millətçi qrup xəstəxananın təcili yardım xidməti qarşısında toplanıb. Polis bəzi tələbələrin ifadəsini almaq üçün polis idarəsinə aparıb. Universitet içində və yataqxanaların qarşısında təhlükəsizlik tədbirləri görülüb, eyni zamanda, hadisənin necə baş verdiyini dəqiqləşdirmək üçün universitet kameraları asayiş əməkdaşları tərəfindən götürüb.

Qeyd edək ki, bəzi xəbər saytlarında dava edən tələbələrin “sağ-sol” baxışlı olduğu yazılsa da, əslində, dava milliyyətçi gənclərlə PKK-lı gənclər arasında baş verib. Mübahisə milliyyətçi gənclərin PKK yandaşlarının Universitetin divarlarına terrora, hətta Apoya dəstək verən şüarlar yazmasına etiraz etməsi üstündə yaranıb.
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06