Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

ABŞ-da məhkumları belə edam edirlər

1976-ci ildən bu vaxtadək 1376 adam edam edilib, 4 minə yaxın məhkum isə edamı gözləyir
ABŞ-ın bəzi əyalətlərinin həbsxanalarında dərman satışının qadağan olunmasının ardından səlahiyyətli şəxslər zəhərli iynə və fəqli qarışıqlardan istifadə edilərək məhkumları edam edirlər. 
Ohayo ştatında 25 il öncə hamilə bir qadına təcavüz edib öldürən məhkuma qarşı əvvəllər istifadə edilməmiş bir dərman qarışığı tətbiq edilərək edam edilib və məhkum 25 dəqiqə can verdikdən sonra ölüb.


2010-cu ildən sonra edamlarda “pentobarbital” qarışığı istifadə edilirdi. Ancaq “pentobarbital” istehsal edən dərman şirkətləri, cəza evlərinə dərman satışınını qadağan edilməsinin ardından səlahiyətlilər zəhərli iynə kimi istifadə edilə biləcək yeni dərman axtarışına çıxdılar və fərqli qarışıqlar istifadə etməyə başladılar. 


Bu məsələdə hərəkətə keçən İnsan haqları təşkilatları və edam cəzasına qarşı olan institutlar Amerika Əczaçılar Birliyinə ABŞ-da edam cəzalarında iştirak etməməyə çağırıblar. Lakin insan hüquqları müdafiəçiləri, eyni zamanda zəhərli iynə xaricindəki daha çox acı verən alternativ üsullara keçilməsində də narahatlıq ifadə edirlər. Hazırda ABŞ-ın 32 ştatında ölüm cəzası tətbiq olunur. Ölkədə 1976-ci ildən bu yana 1376 adam məhkəmə qərarı ilə edam edilib,  4 minə yaxın məhkum isə edamı gözləyir.
1118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı