Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

İranla “altılıq" arasında razılıq əldə edilib

İran və “altılıq” ölkələri arasında nüvə proqramına dair razılıq əldə edilib


Tehran və “altılıq” ölkələri arasında razılığın əldə olunmasını Fransa, Almaniya və İran XİN rəhbərləri təsdiqləyib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, BMT-in Avropa bölməsinin mənzil-qərargahı yerləşən Cenevrənin Millətlər Sarayında yaxın dəqiqələrdə sazişin imzalanması gözlənilir.

Cenevrədə keçirilən danışıqlar prosesində İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu İran XİN rəhbəri Cavad Zərif bəyan edib.

“Biz razılığa nail olduq”, deyə Cavad Zərif Twitter səhifəsində yazıb.

Razılaşmanın detalları açıqlanmır.

Tərəflər arasında razılığın əldə olunması İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi olmasa da, ən azından, onların yumşaldılması ilə nəticələnə bilər.

Qeyd edək ki, İsrail son anadək iddia edirdi ki, Tehran nüvə silahının yaradılması üçün sadəcə vaxt qazanmağa çalışır.
1798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber