Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

İŞİD-i İran, Rusiya, Çin, Suriya və Misirsiz məhv etmək olmaz!

Nur-az.com-un farsnews.com-a istinadən:
İŞİD-in əleyhinə təşkil edilən koalisiyanın qüvvələrinin regionda daha çox Amerikanın mənafeyinə zidd olan terroristlərin mövqelərinə zərbə endirdiyi müşahidə olunsa da, əksər ekspertlərin nəzərincə, İran, Rusiya, Çin, Suriya və Misirsiz İŞİD-in məhvi təsəvvürü əbəsdir.

“Sputinq” xəbər portalının verdiyi məlumata əsasən, Rusiya “Dünya Beynəlxalq İqtisadi Münasibətlər Mərkəzi”nin beynəlxalq təhlükəsizlik üzrə tədqiqat şöbəsinin tanınmış ekspertlərindən olan Stanislav İvanov bildirib ki, əgər biz İŞİD-in əleyhinə bütün qüvvələrimizi – dünya ictimaiyyəti, Amerika və o cümlədən, Bəşşar Əsəd başda olmaqla Suriyanı bir istiqamətə yönəldə bilsək, çox böyük addım olacaq. Onu da qeyd edək ki, regionda formalaşan terrorist qrupları ilə mübarizədə hökmən İranın həmkarlığı nəzərə alınmalıdır.

İvanovun fikrincə, yalnız belə hərtərəfli əməkdaşlıqla İŞİD-in təhlükəsinin qarşısını almaq mümkündür. Odur ki, məsələyə birtərəfli yanaşmaq olmaz və hökmən bu mübarizədə Rusiya, Çin, İran, Suriya və Misirin həmkarlığı zəruri görünür. İŞİD-in təhlükəsi bütün bəşəriyyəti təhdid edir və hətta Amerika belə ondan yaxa qurtara bilməz.
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25