Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

Dəməşq-Hums beynəlxalq magistral yolu azad edilib!

Nur-az.com-un farsnews.com-a istinadən:
Suriya ordu qüvvələrinin ötən cümə axşamı günü 48 saat ərzində Dəməşq-Hums istiqamətində terrorist qrupların “Hərəsta” məntəqəsi boyu mövqelərinə güclü zərbələr endirdiyi xəbər verilib. Cəbhə meydanından birbaşa əldə edilən məlumata görə, həmin əməliyyatda terroristlərin qərargahı darmadağın edilməklə çoxlu sayda üzvü məhv edilib. Xoşbəxtlikdən, ordu sıralarında ciddi bir tələfat qeydə alınmayıb.

Xəbər verilir ki, əməliyyat boyu piyada qoşunların top artilleriyası terroristlərin qərargah ətrafı yardım-təchiz mahiyyətli bütün mövqelərini atəş altına alıb. Hələ ki, artilleriyanın batalyonları Dəməşqin şərq istiqaməti boyu “Təll-kurdi”, “Mida”, “Nişabiyə”, “Kəfər-bətna”, “Həmuriyə”, “Əyn-tərma” məntəqələrində əməliyyatlarını davam etdirir, həmçinin, “Duma” ətrafı boyu da, döyüşlərin getdiyi müşahidə olunur və eləcə də, terroristlərin uzun müddətdən bəri “Qələmun”dan ətraf məntəqələrə daim nüfuz etdikləri koridorun da kəsildiyi məlumat verilir.
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber