Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

İŞİD-in səkkiz minə yaxın üzvü məhv edilib!

Kürdüstanın Demokrat Partiyasının mətbuat xidmətinin katibi bildirib ki, bizim ön cəbhədə fəaliyyət göstərən xüsusi təyinatlı əməliyyat qruplarımız Mosulun İŞİD tərəfindən işğalından başlayaraq indiyə qədər səkkiz minə yaxın üzvünü məhv edib. Bununla bərabər onların da, mindən çox dinc əhalini qırdığı bizə məlumdur.

O, “Alsumaria.tv/news”a verdiyi müsahibədə bildirib ki, dəqiq rəsmi məlumat üzrə onların Neynəva vilayətinə hücum və yerləşməyindən sonra indiyə qədər 7823 üzvü öldürüldüyü qeydə alınıb ki, bu əməliyyatlarda İraqın hava qüvvələrinin rolu böyük əhəmiyyət daşıyır.

“Kurd-press”in verdiyi məlumatda İŞİD-in indiyə qədər Mosulda qırdığı dinc əhalinin sayı 1033 nəfər qeyd edilib. İraqın ikinci böyük şəhəri sayılan Mosulun terroristlər tərəfindən işğalından səkkiz ay keçməsinə baxmayaraq, hələ də, onların ixtiyarında qalmaqdadır. Bu müddət ərzində şəhərin əhalisinin vəziyyətinin həddən artıq acınacaqlı olduğu haqda məlumat var.
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33