Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

Bakının valyuta bazarında böyük gərginlik yaşanır

Bəzi bank filialları valyuta mübadiləsini hələlik dayandırıb

ABŞ dolları və avronun bahalaşması əhalinin valyutadəyişmə məntəqələrinə axın etməsi ilə nəticələnib.

İnsanların bəziləri bu artımın davam edəcəyini, bəziləri isə bir müddət sonra xarici valyutanın yenidən ucuzlaşacağını düşünür.

Bu fərziyələrlə banklara üz tutanlardan bəziləri isə əliboş qayıtmalı olurlar. Çünki hələlik bəzi banklar rəsmi şəkildə valyutadəyişmə xidmətləri göstərmir.

Bir neçə bankda olduq. Öyrəndik ki, bankların çoxu valyutadəyişmə xidmətini dayandırıb.

Lakin kiçik valyutadəyişmə məntəqələrində dəyişiklik özünü göstərirdi. Banklardan fərqli olaraq burada həm dollar, həm də avro alınıb-satılırdı.

Dəyişikliyə əsasən indi kiçik məntəqələrdə ABŞ dollarının alışı 1.0485, satışı 1,0530, avronun isə alışı 1,183, satışı isə 1,207 manat idi./ans/
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber