Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

9 nəfər ölüb, 54 nəfər yaralanıb

İraqda törədilmiş terror aktı nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb

İraqın Tuz-Hurmato şəhərində törədilmiş terror aktı nəticəsində azı 9 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Apa-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Bağdaddan 170 km aralıda, əhalisinin kürdlər təşkil etdiyi rayonda baş verib.

Terrorçu-kamikadze məscidə daxil olaraq üzərindəki bombanı işə salıb. İkinci partlayış isə məscidin girişi qarşısında dayanmış avtomobildə baş verib.

BMT-nin hesablamalarına görə, 2013-cü ilin aprelindən bu vaxtadək İraqda 2500-dən çox insan partlayışların və hücumların qurbanı olub.
1944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...