Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2015

Yanukoviç Ukraynaya qayıtmağa söz verdi

İmkan yaransa Ukraynaya qayıdacağam.

Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiyanın “Birinci” kanalına verdiyi müsahibəsində deyib.

“Qayıdıb etiraz hərəkatına başçılıq etmək fikirləri başımdan çıxmırdı. Amma mənə gəlib deyirdilər ki, qayıtsam, düşmənlərim məni məhv etmək üçün hər şeyi edəcəklər. Yaxınlarım mənim Ukraynaya qayıtmağımın əleyhinə idi. Hadisələr sürətlə cərəyan etdi və təəssüf ki, mən bunu edə bilmədim. İmkan yaranacağı təqdirdə mən qayıdacam və Ukrayna əhalisinin yaşayışını yaxşılaşdırmaq üçün hər şeyi edəcəm”, - Yanukoviç deyib.
1197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50