Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Rusiya ilə İran saziş imzaladı

Rusiyanın Təbiət Nazirliyinin rəhbəri Sergey Donskoy İranda Xəzər dənizinin mühitinin qorunması haqqında Tehran konvensiyasının əlavəsi olan Xəzər dənizinin biomüxtəlifliyinin qorunması haqqında protokol imzalayıb.

RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə nazirliyin məlumatında bildirilir.

“İmzalanmış protokol Xəzər dənizinin mühitinin qorunması, onun biomüxtəlifliyinin mühafizəsi, ekoloji məsələlərinin həlli və regional ekoloji təhlükəsizliyin təmin olunması məsələlərində mühüm rol oynayacaq”, deyə Donskoy bildirib.

Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə hazırlanmış Xəzər dənizinin mühitinin qorunması haqqında Tehran konvensiyası 2003-cü ilin noyabrın 4-də beş Xəzəryanı dövlətlərin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) hökumət nümayəndələri tərəfindən imzalanıb. Sənəd Xəzəryanı dövlətlər tərəfindən üç il ərzində ratifikasiya olunub və 2006-cı ilin avqustun 12-də qüvvəyə minib.
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP