Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Ata və iki körpə oğlu yanaraq öldü

Yanğın ümumilikdə 6 evi əhatə edib

Bu gecə Bakıda dəhşətli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də söndürülüb.
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü