Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

İŞİD yenə 21 nəfəri diri-diri yandırmaqla təhdid edir! - Fotolar

Nur-az.com-un abna.ir-a istinadən:
Xüsusi təyinatlı kürd qüvvələrinin komandirlərindən biri tərəfindən Kürdüstan İqlim Muxtar Vilayətinin nümayəndələri ilə İŞİD arasında əsirlərin dəyiş-düyüşü ilə əlaqədar danışıqların imkanı barədə xəbər yayılsa da, onlar kürd qüvvələrindən əsir tutduqları əsgərləri diri-diri yandıracaqlarını videolent vasitəsilə elan ediblər.

Daquq məntəqəsi üzrə həmin qüvvələrin komandiri Məhəmməd Qadir deyib ki, artıq İŞİD yerli camaatın vasitəsilə bizə əsirlərin mübadiləsi barədə müzakirəyə girməyə hazır olduğunu bildirib. Hal-hazırda Kürdüstan İqlim Muxtar Vilayətinin sədri cənab Məsud Barzaninin rəhbərliyi altında əsirlərin azadlığı üçün münasib yollar barədə müzakirələr gedir.

İŞİD-in bundan əvvəl də, Rəmadinin şimal-qərbində yerləşən Hit şəhərində indiyə qədər əlli nəfərə yaxın insanı diri-diri yandırdığı qeydə alınıb və indi də, əsir tutduqları 21 əsgəri narıncı paltarda dəmir qəfəslərdə Kərkükün küçələrində gəzdirərək diri-diri yandıracaqları ilə təhdid ediblər. Onları bu qədər amansızlığa vadar edən son neçə həftə ərzində xüsusi təyinatlı kürd qüvvələrinin işğal edilmiş ərazilərdəki böyük müvəffəqiyyətləri olub.

İordaniyalı pilotun yandırılmasından sonra onların seçdiyi bu amansızlıq üsulu tutduqları ərazilərdə bir növ hədsiz qorxu və vahimə yaratmaq üçündür. Onlar bu əməli, guya, İbn Teymiyyənin fətvalarına əsasən həyata keçirirlər. Halbuki çoxları bu hökm və fətvanın təhrif edildiyini bildirərək bu halın yalnız müharibədə öldürülən kafirlərin cəsədlərinin yandırılması ilə əlaqədar olduğunu qeyd ediblər. Amma İŞİD isə belə amansızlıqları “düşmənin ürəyinə qorxu salmaq”la “İslamın təbliği” istiqamətində olduğunu bildirir.


1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP