Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

İŞİD tərəfindən icbari yeni təhsil metodu! - Fotolar

Nur-az.com-un abna.ir-a istinadən:
İŞİD Suriyanın Təhsil Nazirliyi tərəfindən təyin edilən təhsil sistemini küfr adlandıraraq işğal etdiyi ərazilərdə (xüsusilə, Deyr əl-Zurda) yeni tipli “şəriət dərslikləri” əsasında müəllimlər üçün kurslar təşkil edir. Elə bu məqsədlə, həmin ərazilərdəki məktəblərin direktor və müəllimləri ilə yeni şəriət kitablarının buraxılışı və təlim kursları barədə müzakirələr aparır. Onlar bu proqramı Suriya və İraqda yerləşdiyi bütün ərazilərdə həyata keçirmək qəsdindədirlər.

Suriyanın İnsan Hüquqları Komitəsinin verdiyi məlumata əsasən, İŞİD-in işğal etdiyi bütün ərazilərdə təhsil ocaqları tamamilə tətil edilib və yeni təhsil metodunu tətbiqi üçün müəyyən proqramlar həyata keçirir. Odur ki, istədikləri proqram üçün lazımi şərait yaranmayınca, həmin təhsil ocaqları bağlı qalacaq.
Deyilənə görə, onlar bu məqsədlə atdığı ilk addımlarında təhsil sistemindən fizika və kimyanı çıxarıblar.


758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat