Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Özünü öldürən polis əməkdaşından yeni xəbər

O, tapançanı başına dirəyərək atəş açıb

Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.

Ağsu Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayılı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib.

İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var./apa/
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı