Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Balaxanıda işıq fəlakəti

Bakının Balaxanı kəndi dünəndən işıqsız qalıb.

Bu barədə məlumat verən kənd sakinlərinin sözlərinə görə, sutka yarımdır əhaliyə elektrik enerjisi verilmir. Kənd sakinlərinə deyilib ki, işığın bərpası üçün iş gedir. Amma bu saata qədər kəndə işıq verilməyib.

Hazırda paytaxtın bir sıra qəsəbə və kəndlərində qar fəlakəti yaşanır. İşıq olan yerlərdə qaz yoxdur, qaz kəsilən ərazilər işıqsız qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq etmişdi. Fevralın 23-dək ölkə ərazisində küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə çovğun olacağı, yolların buz bağlayacağı bildirilib. /axar/
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber