Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Yanacaqdoldurma məntəqəsində qətl - Astarada

Astara rayonunda qətl hadisəsi baş verib.

Hadisə fevralın 22-də saat 05.00-də rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Naməlum şəxs həmin məntəqənin operatoru işləyən Ərçivan qəsəbə sakini, 52 yaşlı İltifat Höccət oğlu Quliyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İ. Quliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib./apa/
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 16:30