Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

Tehran tam razılaşdırılmamış heç bir müqaviləni bağlamayacaq

“ABŞ İranın üzərindən ya bütün sanksiyaları götürəcək, ya da ki, danışıqlar olmayacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər naziri Cavad Zərif çıxış edib.

O, Tehranın tam razılaşdırılmamış heç bir müqaviləni bağlamayacağını bildirib:

“Əgər biz bu addımı atsaq, o zaman Tehrana qarşı yeni sanksiyaların yürüdülməsi üçün Qərbin əlində imkanlar yaranar. Biz buradakı bütün proseslərlə bağlı Ali Dini Lider Ayətullah Seyid Əli Xameneini məlumatlandırmışıq və o, İran nümayəndə heyətinin mövqeyinin tamamilə doğru olduğunu bildirib”.

Qeyd edək ki, bu gün Cenevrədə İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr start götürüb.
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber