Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Türkiyədə növbəti "Özgecan" hadisəsi

Türkiyə Manisa vilayətinin Akhisar rayonunda qadına qarşı zorakılığı nümayiş etdirən növbəti dəhşətli hadisə baş verib. Rayon ərazisindəki zeytun bağlarından birində yandırılmış 18-20 yaşlarında qadın cəsədi aşkarlanıb.

Bağ sahibinin xəbər verməsi ilə hadisə yerinə polis idarəsi cinayət axtarışı şöbəsinin əməkdaşları və dedektivlər cəlb olunub. Dəhşətli cinayətlə bağlı bağda və ətrafında dəlil axtarışına başlanılıb, bağ sahibinin ifadəsi alınıb.

Öldürüldükdən sonra yandırıldığı güman olunan qadının cəsədi İzmir şəhəri məhkəmə tibbi ekspertizasına göndərilib.

Qadının əlləri arxada birləşdiyindən, cinayətdən əvvəl onun əllərinin arxadan bağlandığı güman olunur.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda da analoji hadisə baş vermiş, Özgecan Aslan adlı tələbə vəhşicəsinə öldürüldükdən sonra yandırılmışdı./ans/
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi