Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Bu qidalar xərçəng şişinin inkişafını əngəlləyir

Elm selenin insan orqanizmində çox vacib funksiyaların icra edilməsində əsaslı rol oynayan bir element olduğunu sübut edib. Selen qalxanabənzər vəzi hormonlarının mübadiləsi, antioksidant müdafiə sistemi kimi bir çox metobolik proseslərin və immun funksiyaların əsas komponentlərindən biridir.

Bir çox tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Selenin qida əlavəsi kimi qəbulu XX əsrin 90-cı illərindən tövsiyə olunur və onun müsbət effekti haqqında çoxlu sayda sübutlar mövcuddur.

Sübuta əsaslanan tədqiqatlar təsdiq edir ki, mütəmadi selen qəbulu xərçəngin yaranma riskini azaldır. Hətta bəzi müəlliflər iddia edirlər ki, selen qəbulu xərçəngin digər orqanlara yayılma ehtimalını da azaldır. Belə düşünülür ki, selen tərkibli zülallar normal hüceyrələrdə oksidativ stressi azaldaraq onların genetik materialının zədələnməsinin və şişə transformasiya olunmasının qarşısını alır. Selen qəbulunun bir çox xərçəng növlərinin, xüsusilə qaraciyər, prostat, kolorektal və ağciyər xərçənginin inkişaf etmə riskini azaltması haqqında məlumatlar var.

Selenlə zəngin bəzi qida maddələrinin siyahısını veririk:

Çərəz, xüsusilə də Brazilya qozu selenin ən zəngin mənbələrindən biridir. Brazilya qozu həm də maqneziumla zəngindir. Mollyusk və istridyələr selenle yanaşı dəmir, zink, mis və Vitamin B12-nin zəngin mənbəyidir. Qaraciyər selenin ən zəngin mənbələrindən biri hesab edilir.

Balıqlar B1, B2, B3, B6 və B12 vitaminləri ilə yanaşı selenin də zəngin mənbələrindən biridir.

Günəbaxan selenlə yanaşı dəmir, vitamin E, 1, B6, maqnezium, kalium və mislə də zəngindir.

Kəpəkli məmulatlarda da kifayət qədər selen olur.

Kürünün tərkibində selenlə yanaşı dəmir, zülallar və B12 vitamini də yüksək miqdarda olur.
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber