Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

14-cü "zon"da daha 11 dustaq ölüm təhlükəsi qarşısında

11 məhkum istilik olmayan beton divarlı, döşəməli “kars”da donmağa məhkum olunub!!!

Məhkum Elşad Babayevin ölümünə etiraz edən 14 saylı cəzaçəkmə müəssisəsinin 11 məhkumu cəza kamerasına salıblar. Bugün.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, hazırda həmin məhkumlar faktiki olaraq ölümlə üz-üzədirlər: “Elşadın öldürülməsinə etiraz edən həmin 11 məhkumu “tubzon”a (vərəmli məhkumlar üçün müalicə müəssisəsinə-E.M) köçürmüşdülər. Bir həftə əvvəl geri qaytarıblar, amma “zon”a buraxmayıblar. Onlar “kars”dadır. “Kars”ın divarı da, döşəməsi də, betondur. Ora salınanların əynindəki paltarları alıblar, yatmağa da heç nə verməyiblər. Orada istilik də yoxdur. Onlar orada donacaqlar”.
Məhkum yaxınları isə baş verənlərdən xəbərsizdir. Onlar deyir ki, yaxınlarını öldürməklə Elşad Babayevə qarşı cinayəti ört-basdır etmək istəyirlər: “Uşaqlarımızın günahı 14 saylı cəzaçəkmə müəssisəsində dağıdanların qarşısını almalarıdır. Həmin 11 nəfər Elşad Babayevin işi ilə bağlı istintaqa sözün düzünü deyə biləcək adamlardır. Günahları da yalan danışa bilməmələridir”.
Məhkum valideynləri deyir ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciətləri də araşdırılmamış qalıb: “Komitə üzvləri dedilər ki, vərəm olmayan məhkumun “tubzon”a köçürülməsi özü işgəncədir. Bizim uşaqlarımız vərəm deyil. Komitəyə getdik, bizə açıq-aşkar dedilər ki, bizim gücümüz çatmır. Ombudsmanlıq da aciz qaldı. Beynəlxalq Qırmızı Xaç da... Bu adamlara dövlət pulu niyə ödəyir? Mədət Quliyev generaldır, biz də sıravi vətəndaş. Onun övladları da bir gün bizim övladlarımızın vəziyyətinə düşə bilər. Bu qədər haqsızlıq, Allahsızlıq olmaz. Bizim 1 yolumuz qalır. Nə yolla olursa-olsun prezidentə sözümüzü çatdırmaq istəyirik, onun qəbuluna düşəcəyik. Uşaqlarımızı orda öldürürlər. Allah Elşad Babayevin başına o oyunları açanların analarını, bacılarını bizim kimi qapılarda çarəsiz qoysun. Bu cinayəti gizlədənlərin ana-bacısı da onlara şərik olsun”.
Məhkumların yaxınları deyirlər ki, baş verənlər Elşad Babayevin öldürülməsinin gizlədilməsinə, ört-basdır olunmasına xidmət edir.
Yada salaq ki, ötən il dekabrın 22-də məhkum Elşad Babayev 14 saylı Cəzaçəkmə Müəssisəsində döyülərək öldürülüb. Buna müəssisədə saxlanan məhkumlar kütləvi etiraz edib, bəzi məhkumlar zorakılığa yol veriblər. Bundan 4 gün sonra müəssisəyə qoşun yeridilib, məhkumlara divan tutulub və 11 məhkum “Tubzon”a köçürülüblər. Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Ümumilikdə “tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var.
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı