Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Bakıda qaranlıq yol can aldı

İşıqlandırma olmayan yolu keçmək istəyən piyadanı maşın vurdu.

Bakı - Şamaxı magistralında piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Mağıstralın 16-cı kilometrliyində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən 40-45 yaşlarında bir kişi Ağakərim Ağamalıyevin idarə etdiyi “Ford” maraklı avtomobilin zərbəsi ilə üzləşib. Nəticədə şəxsiyyəti naməlum piyada hadisə yerindəcə keçinib.
Əraziyə gələn rayon polis idarsinin, eləcə də BDYPİ-nin əməkdaşları sürücünü saxlayaraq izahatının alınması üçün polis orqanına aparıblar.
Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yolda işıqlandırma sistemi olmadığından bu cur hadisələr tez-tez baş verir.
Faktla bağlı BDYPİ-nin istintaq şöbəsində araşdırmalar aparılır.
Dünyasını dəyişən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində də tədbirlər həyata keçirilir./ans/
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14