Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Bahalaşmaya etiraz olaraq aksiya təyin edildi - BAKIDA

Fevralın 28-i saat 15:00-da Fəvvarələr Meydanında «Qiymət artımına son!» mitinqi keçiriləcək

Milli Bankın manatın məzənnəsini aşağı saldıqdan sonra yaranmış narazılıq artıq pik həddə çatıb. Əyalətlərdə bahalaşmaya səbəb olan hadisəyə etiraz olaraq artıq aksiyalar baş verib. Və yaxın günlərdə bu prosesin davam edəcəyi gözlənilir.

Lakin aksiyaların təkcə əyalətlərdə deyil, həmçinin Bakıda da keçiriləcəyi gözlənilir. Artıq bahalaşma əleyhinə paytaxtın mərkəzində aksiya keçirilməsi qərarlaşdırılıb. «Qiymət artımına son!» adlanan aksiyanın təşkilatçısı Eldar Bakinski adlı Facebook istifadəçisidir.

Fevralın 28-i saat 15:00-a təyin edilmiş aksiyanın Fəvvarələr Meydanında keçirilməsi qərarlaşdırılıb. Təşkilatçı bununla bağlı yaratdığı eventdə müraciətini də yayımlayıb. Müraciətdə deyilir: «Bəylər və xanımlar bu günlərdə baş verən bahalaşmaya və manatın kəskin ucuzlaşmasına etiraz olaraq bunların səbəbkarı hakimiyyətə qarşı etiraz səsinizi ucaltmaq üçün hər birinzi meydana dəvət edirəm»./jam.az/
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11