Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Günel Həsənli məhkum edilib

Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlini ötən il törətdiyi avtoqəza olayı ilə bağlı 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, G.Həsənlinin himayəsində 2 azyaşlı övladı var, məhkəmədə şikayətçi şikayətinin olmadığını bildirib.

O deyib ki, məhkəmənin ədalətsiz qərarı ilə bağlı yaxın saatlarda Milli Şuranın müvafiq bəyanatı olacaq.

Xatırladaq ki, Cəmil Həsənli avtoqəza hadisəsi ilə bağlı ötən il oktyabrın 2-də Amerikanın Səsinə müsahibəsində deyib: "Sentyabrın 19-da qızım Günel uşaqlarını məktəbdən gətirib. Avtomobilində şox aşağı sürətlə həyətə dönərkən o, yaşlı qadını görüb və ona yol verib. Lakin qadın yerə yıxılıb, məscidə axşam namazına gələn çoxsaylı möminlər bunu görüb. Onlar qadının ayağa qalxmasına kömək ediblər, Günel də maşından çıxıb qadının vəziyyəti ilə maraqlanıb."/ans/
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber