Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Arif Yunusun həbs müddəti 5 ay uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay - 2015-ci il, avqustun 5-dək uzadıb.

Bu barədə "Amerikanın səsi"nə vəkil Əfqan Məmmədov bildirib. Müdafiə tərəfi apelyasiya şikayəti vermək niyyətindədir.

Vəkil həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir. A.Yunus 2014-cü il, avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub./modern/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber