Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

İcra başçısı Xızını viran qoyub

Xızı sosial problemlərin cəngindədir.

Bu barədə ünvanlanan məktubda qeyd olunur ki, əhali susuzluqdan, yararsız yollardan, fəaliyyətsiz xəstəxanadan şikayətlənir. Yerli sakinlərin sözlərinə görə, camaat su xətlərinin donmasına görə bulaq başına getməyə məhkum olub. İcra başçısı Xəzər Aslanov isə 2012-ci ildə bu rayona təyin olunub. Lakin 2012-ci ildən su xəttinin çəkiləcəyi barədə verdiyi vədə xilaf çıxıb. Əhali hələ də bulaqdan istifadə edir. Sakinlər onu da bildirirlər ki, 2011-ci ildə tikilən Diaqnostika Mərkəzi indiyədək fəaliyyətsizdir. Xızılılar Aslanovun rayonda boş torpaq saxlamadığını da iddia edirlər. Onların sözlərinə görə, Altıağac qoruğu ətrafında torpaqlar icra başçısının imzası ilə satılır./tia/
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı