Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

İran təhdid etdi: “Danışıqlardan çıxacağıq”

“İran nüvə proqramı ilə bağlı danışıqları tərk edə bilər”.

Bunu İranın Xarici İşlər nazirinin müavini Abbas Arakçi söyləyib.

O, danışıqlarda iştirak edən ölkələrin İran İslam Respublikasına öz iradəsini tətbiq etmək üçün cəhd göstərəcəyi təqdirdə Tehranın nüvə danışıqlarını tərk edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın da daxil olduğu Altılıq Tehranla İranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün hələ də danışıqlar aparırlar.

Onu da xatırladaq ki, dünən İranın Xarici İşlər naziri Cavad Zərif də İran üzərindən sanksiyaların hamısının götürülməyəcəyi təqdirdə Tehranın nüvə məsələsi ilə bağlı heç bir müqaviləni imzalamayacağını bildirmişdi.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
Go to TOP