Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

İran: “Rusiya və Amerika Qarabağda referendum planlaşdırır”

“Dağlıq Qarabağın referendum vasitəsilə Azərbaycandan qoparılması ideyasının müəllifi məhz Amerika Birləşmiş Ştatları olub. Ruslar da fransızlar kimi bu tezisi bəyənirlər”.

Bu iddianı İran Dövlət Teleradiosu-İRİB Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini şərh edərkən səsləndirib.

Şərhdə qeyd olunur ki, Azərbaycanın bir sıra siyasi dairələri Ukrayna hadisələri fonunda Birləşmiş Ştatların Qarabağ münaqişəsinin həllinə obyektiv yanaşacağını düşünürlər. “Ancaq sirr deyil ki, Rusiya qədər ABŞ da ermənipərəst mövqedə dayanır. Ona görə də Ukrayna münaqişəsində Qərb ilə Rusiyanın dövlət maraqları toqquşsa da, Qarabağın status məsələsində onların ortaq məxrəcdən uzaqlaşacağını düşünmək ən azı sadəlövhlük olardı. Bu isə o deməkdir ki, Qarabağ düyününü açmaq istəmirlər”.

Radionun təhlilində vurğulanır ki, həmsədr dövlətlərdən biri olan ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə və Azərbaycan Respublikasının 20 faiz ərazisini on illərdir işğal altında saxlayan Ermənistana maliyyə yardımı göstərməsi göz qabağındadır və bu amil öz növbəsində prosesə neqativ təsir göstərir. Təhlidə qeyd olunur ki, qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb.

“Son zamanlar isə rəsmi Vaşinqton erməni separatçılarını Qarabağ münaqişəsinin tərəfi adlandırmaqla Dağlıq Qarabağın müstəqilliyini de-jure tanımaq niyyətində olduğunu nümayiş etdirir. Konkret olaraq ABŞ-ın Minsk Qrupundakı nümayəndəsi Ceyms Uorlik öz Twitter səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazaraq, Dağlıq Qarabağın birbaşa danışıqlarda iştirakını təklif edib. Oxşar mövqe Avropa Birliyi tərəfindən də müşahidə olunmaqdadır”- deyə təhlildə bildirlib.
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16