Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Rusiya ordusundan düşmənə göz dağı

Rusiya ordusu arsenalına yeni tanklar əlavə edir.

“Armata” şassisində yaradılan T-14 tankları bu bahar ordunun istismarına veriləcək.

Tank ilk dəfə 9 may günü geniş ictimaiyyətə təqdim olunacaq.

"Russia Today" telekanalının məlumatında deyilir ki, Т-14- 125 millimetrlik, hamarlüləli 2А82-1М topla, 30 millimetrlik avtomat topla və təsddiq olunmamış məlumatlara görə tanka tərəf uçan döyüş sursatlarını məhv edə bilən 12,5 millimetrlik pulemyotla təchiz olunub.

Bu tankın ekipajı döyüş təzyiqlərindən izolə olunmuş zirehli kapsulun içində olur. Bu onların tankın partladılması zamanı sağ qalma ehtimalını əsaslı şəkildə artırır. Tankın fərqləndirici xüsusiyyətlərindən biri də, yüksək şəkildə avtomatlaşdırılması və kompyuterləşdirilməsidir.

“Armata” platformasının konstruksiyası, onun əsasında hətta robotlaşdırılmış olmaqla, bir çox müxtəlif hərbi maşınların yaradılmasını mümkün edir. Rusiya Müdafiə nazirliyinin Т-14 tankından 2300 ədəd sifariş edəcəyi gözlənilir./ans/
957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı