Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Soyuqdəymədən necə qorunaq?

Soyuqdəymənin çox asan, həm də pulsuz müalicəsi var

İllərin sınağından çıxmış preparatlara vaxt keçdikcə orqanizm öyrəşir, bu səbəbdən soyuqdəyməsi olanlar həftələrlə sağala bilmirlər. Ancaq soyuqdəymənin çox asan, həm də pulsuz müalicəsi var.

ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri deyirlər ki, yuxu orqanizmi o qədər möhkəmlədir ki, hətta soyuqdəymə xəstəliklərinin da qarşısını əla alır.

Bunu təsdiqləmək üçün onlar təcrübələr aparıblar. Əvvəlcə könüllüləri rinovirusa yoluxdurublar. Bunun nəticəsində onların hamısı nəfəs yollarının infeksion xəstəliklərinə tutulmalıydılar. Lakin sutkada 8 saat, rahat yuxu yatan könüllülərin əksəriyyəti xəstələnməyib, xəstələnənlər isə çox tez sağalıblar.

Meditasiya seansları da oxşar təsir göstərir. Həm yuxu, həm meditasiya müasir insanın həyatını dolduran istənilən stressin nəticəsində yaranan kortikosteroid hormonları fəaliyyətdən salır və beləliklə orqanizmi möhkəmlədir. Nəticədə orqanizm viruslarla daha asan mübarizə aparır./milli.az
4420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP