Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Pərviz Həşimlinin səhhəti kəskin pisləşib

O, Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir
Vəkil Yalçın İmanov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Vəkil bildirib ki, Pərviz Həşimlinin səhhətində ciddi problemlər var: “Dünən Pərvizin səhhəti kəskin pisləşdiyinə görə tibbi hissəyə aparılıb və həkim müdaxiləsindən sonra qismən normallaşıb. Onun saxlanma şəraitinin ağır olması, saxlandığı kamerada ventilyasiya sisteminin olmaması, işığın daim yanılı olması, ağrıları və psixoloji durumu vəziyyətinin pisləşməsinə səbəb olur”.
Vəkil vurğuladı ki, Pərviz Həşimli gələn həftənin 1-ci günündən etibarən aclıq aksiyasına başlayacağını deyib və bu qərarında israrlıdır. “Pərviz aclıq aksiyasına keçirməsinə səbəb kimi tələblərinin yerinə yetirilməməsini göstərir. O, Bakı İstintaq Təcridxanasına köçürülməsini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüş və telefon əlaqəsinin saxlanmasına şərait yaradılmasını, istintaq hərəkətlərin sürətləndirilməsini istəyir. Pərviz heç bir istintaq hərəkətinin aparılmamasından çox narahatdır. Həmçinin istintaq təcridxanasından ölkə başçısına, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və digər şəxslərə yazdığı şikayət və müraciətlərin ünvanına çatdırılmasını və ombudsman Elmira Süleymanovanın MTN-in istintaq təcridxanasına gəlməsini və vəkilləri ilə konfedensial görüşlərə şərait yaradılmasını istəyir. Bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aclıq aksiyasının davamlı olacağını vurğulayır” - deyə vəkil qeyd etdi.

Digər vəkil Elçin Sadıqov da bildirib ki, Pərviz Həşimlinin səhhəti çox pisdir: “Mənə dedi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasıdır”.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb./musavat/
1899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı