Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Türkiyə parlamentində yeni qarşıdurma: bu dəfə mikrofon sındı

Türkiyə Böyük Millət Məclisində Daxili Təhlükəsizlik Paketinin qalmaqallı müzakirələri davam edir.

"İhlas" agentliyi xəbər verir ki, HDP-çi (Xalqların Demokratik Partiyası) millət vəkilləri verdikləri təkliflərin oxunmadığını iddia edərək, sədarət önünə toplaşıblar. Sədarətin önündə HDP-çi Hasip Kaplan və Adil Zozani ilə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən katib Bayram Özçelik arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı katibin önündəki mikrofon qırılıb.

Mikrofonun bərpa edilməsi üçüm parlamentin toplantısında fasilə elan edilib.
1300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber