Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

İranın nüvə fəaliyyətinin 10 illik məhdudlaşdırılması təklifi İsraildə narahatlıqla qarşılanıb

Cenevrə danışıqlarında İran nüvə proqramının 10 illik məhdudlaşdırılması ilə bağlı təklifin verildiyini qeyd edib. Sözügedən təklifə əsasən İran 10 il müddəti ərzində öz nüvə obyektlərini məhdud şəkildə fəaliyyətdə saxlayacaq.

İnterAz xəbər verir ki, "New-York Times" qəzetinin yaydığı bu məlumatın dünya mətbuatına sızmasından sonra işğalçı İsrail reaksiya verib. İşğaıçı İsrailin təhlükəsizlik və kəşfiyyat naziri Yuval Ştayniç nüvə proqramı faliyyətinin 10 illik məhdudlaşdırılması təklifini İsrailin qurban verilməsi kimi qiymətləndirib.

ABŞ senatoru Robert Filips Korker isə bu təklifi narahat edici hesab edib.

Qeyd edək ki, ABŞ rəsmiləri İran nüvə proqramının ən azı 20 illik dayanması və ya məhdudlaşdırılması niyyətində idilər.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi