Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Suriya ordusu Şərqi-Qutada silahlıları pusquya saldı

Suriya ordusu Dəməşqin Şərqi Quta bölgəsində terrorçuları pusquya salaraq onlardan onlarla silahlını öldürüb, yaralayıb və əsir götürüb.

İnterAz-ın "SANA"-ya istinadla verdiyi xəbərə görə, terrorçular Şərqi Qutanın tarlalarından keçən zaman ordunun pusqusuna düşüblər. Əd-Dumayr bölgəsi istiqamətində irəliləməkdə olan terrorçuların sıralarında bir neçə kamikadzelər də olub ki, onlar da öldürülüblər.

Ordu Şərqi Qutanın Duma rayonunda da əməliyyat həyata keçirib. Burada aralarında Tunisdən və Səudiyyə Ərəbistanından olan silahlılar öldürülüb.

Bu arada, Suriya İnsan Hüquqları Müşahidə Qrupu (SİHMQ) bildirib ki, "İŞİD" ölkənin şimal-şərqində yerləşən Həsəka əyalətində 56 xristian vətəndaşı tutaraq naməlum istiqamətə aparıb. Məlumata görə, onlardan ikisi kürdlərin YPG qüvvələri ilə əməkdaşlıqda təqsirləndirilərək artıq edam edilib.
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP