Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Ayətullah Məkarim Şirazi: “İŞİD İslamın qatı düşmənidir...”

Ayətullah Məkarim Şirazi: “İŞİD İslamın qatı düşmənidir...” Nüfuzlu şiə liderlərindən olan Ayətullah Məkarim Şirazi İŞİD haqda sərt ifadələr işlədib. Zahidan şəhərində keçirilən İslam dini-fəlsəfi məktəblərə dair 26-cı konfransda çıxış edən Ayətullah Şirazi bildirib ki, “İŞİD terror təşkilatı vəhhabilərin törəməsi olmaqla, İslamın qatı düşmənlərinin məqsədini güdür”.

“Bütün İslam qaydaları əleyhinə gedərək insanları öldürən, onları anti-islami üsullarla edam edən, diri-diri yandıran bu cahil və qəddar qruplaşma həm İslam dünyasında, həm də yerdə qalan dünyada tayı-bərabəri olmayan bir anlayışdır” – deyib Ayətullah Şirazi.

Onun sözlərinə görə bu zaman İslamın düşmənləri kölgədə qalaraq, qruplaşmanı maliyyə və döyüş sursatları ilə təmin edirlər ki, onlar islam ölkələrində cinayətlərini davam etdirsinlər, qadınların, uşaqların, qocaların və gənc müsəlmanların qanını töksünlər.
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...