Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Universitetdə atışma: 3 yaralı - (Fotolar)

ABŞ-da universitetdəki atışma nəticəsində 3 nəfər yaralanıb.

Hadisə dünən axşam Amerikanın Florida ştatında, Betun-Kukman universitetinin yataqxanasında olub. Belə ki, axşam saat 7 radələrində universitetin yataqxanasında silahdan açılan atəş nəticəsində bir neçə tələbə yaralanıb.

Polis hadisədə şübhəli bilinən iki nəfəri tutub. Məlumata görə, onlardan biri həmin universitetin tələbəsidir. Yaralılardan isə ikisinin universitet tələbəsi, birinin kənar şəxs olduğu deyilir. Həkimlər yaralıların həyatı üçün heç bir təhlükənin olmadığını bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl də buna bənzər hadisə olub. 46 yaşlı bir amerikalı universitetin yataqxanasının yanında silahdan açdığı atəş nəticəsində 3 müsəlman gənci qətlə yetirib. Qətlə yetirilənlər 23 yaşlı Dea Barakat, onun əri - 21 yaşlı Yusor Məhəmməd və onun bacısı -19 yaşlı Abu-Salxa olub. Qonşular ölənləri müsəlman icmasının aktiv üzvləri kimi təsvir ediblər. Onlar xeyriyyəçiliklə məşğul olurdular və inkişafdan qalan ölkə sakinlərinə kömək edirdilər. Qatil özü cinayətin törədilməsindən dərhal sonra Pittsboro ətraflarında yerləşən qraflığın şerifinin ofisinə gəlib. Onun ateist olduğu bildirilib./ans/

1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP