Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Mən evdən 100 km arali dənizdə neft qurğusunda işləyirəm. Dənizə ayda bir və ya iki dəfə çıxıram. İş yerim daimidir və orada 14 gün qalıram. Odur ki, namazlarımı bütöv qılıram. Əgər mən hər hansı səbəbə (məs. məzuniyyətə) görə dənizdə 10 gündən az qalıramsa, onda namazları necə qılmalıyam?
Ad: Azad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Əgər ayda ən azından 20 gün kamil şəkildə orda qalsanız və bu hal iki il və yaxud daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir.
Əgər ayda ən azından 15 gün kamil şəkildə orada qalsanız, bu hal üç il və ya daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və sizin üçün vətən hökmündədir.
Əgər “yaşayış yeri” hökmü sizə şamil olsa, namazınız iş yerində tamamdır, hətta orada 10 gündən az qalsanız belə.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22