Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

İŞİD-in müvəffəqiyyətsiz hücumu ağır tələfatla başa çatıb! - Fotolar

Ərbilin cənub-qərbi 45 km-liyi və Neynəva vilayətinin Gəvir-Məxmur istiqamətində baş verən qısa sürən şiddətli döyüşdən sonra İŞİD-in 50 nəfərə yaxın üzvünü itirdiyini qeydə alınıb.

Ötən gün İŞİD-in adı çəkilən məntəqədə hücum əməliyyatı ön cəbhənin kürdlərdən ibarət xüsusi təyinatlı batalyonları və hava qüvvələrinin qəfil cavabı ilə qarşılanaraq məğlubiyyətlə nəticələnib.
Xüsusi təyinatlı qüvvələrin komandiri cənab Sirvan Barzani deyib ki, onlar hücumdan bilafasilə sonra qüvvələrimiz tərəfindən şiddətli əks-hücuma məruz qalaraq az bir zamanda böyük itki verməklə geri çəkiliblər. Bu zərbənin nəticəsində onlar 50 nəfər itirməklə ələ çoxlu sayda silah-sursat qənimət keçib.

Bu gün həmçinin onların Musil ətrafında gedən döyüşlərdə də, çoxlu sayda yaralı və itki verdiyi məlumat verilir. Bu əməliyyatın komandiri cənab Zəryan Şeyx Visani bildirib ki, biz qabaqcadan onların hücum əməliyyatından dəqiq xəbərdar idik. Odur ki, hava qüvvələrinin himayəsi altında onları ağır zərbə endirməklə dala çəkilməyə vadar etdik.

Döyüşlərin gedişatı göstərir ki, onlar yeni əməliyyatlar keçirmək və Kərkük, Səlahəddin və Neynəva vilayətləri arasındakı rabitələrini bərpa etmək, mövqelərini gücləndirmək qəsdindədirlər.

Nur-az.com


1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30