Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

FIFA 2022 nə vaxt keçiriləcək?

FIFA 2022-ci il Dünya Kubokunun keçiriləcəyi vaxtı açıqlayıb.

Futbol çempionatı noyabr-dekabr aylarında baş tutacaq. Bununlada dünya futbol tarixində bir ilkə imza atılacaq.

FİFA-nın rəsmi saytından bildirilib ki, 2018-2024-ci illərdəki beynəlxalq matç təqvimini müəyyən edən işçi qrupunun Dohada təşkil edilən son konfransında yekun qərar verilib. Qətərdə keçiriləcək 2022-ci il Dünya Kubokunun vaxtı 6 aylıq müşavirədən sonra müəyyən edilib.

Qətərdə iyun-iyul aylarında çempionatın keçirilməsinin insan səhhəti üçün təhlükəli olduğu qənaətinə gəlinib və məhz bu səbəbdən belə bir qərar verilib.

6 futbol Konfederasiyası tərəfindən dəstəklənən təklif 19-20 mart tarixlərində İsveçrənin Zürix şəhərində keçiriləcək FIFA İdarə heyəti konfransında da müzakirə olunacaq.
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.04.17, 08:15
Rus